- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaq hüquqlarının müdafiəsi sahəsində rolu mövzusunda Bakı Biznes Universitetinin “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələri üçün maarifləndirmə tədbiri keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı
məruzəçi qismində çıxış edərək, Ombudsmanın mandatı, uşaq hüquqlarının müdafiəsi
istiqamətində həyata keçirdiyi fəaliyyət, uşaq hüquqları sahəsində mövcud milli
və beynəlxalq hüquqi mexanizmlər və qanunvericilik aktları, eləcə də uşaqların
hüquqlarının təmin olunmasının əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat
verib.
Bununla
yanaşı, Ombudsmana ünvanlanan müraciətlərin araşdırılması, monitorinqlərin
keçirilməsi, pozulmuş insan hüquq və azadlıqlarının bərpası istiqamətində görülən
işlər barədə məlumat tələbələrin diqqətinə çatdırılıb.
Ümumilikdə
100 nəfərdən artıq tələbənin faydalandığı maarifləndirmə tədbirində
iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir
mübadiləsi aparılıb.