Minaya düşən hərbçilərin işi araşdırılır

10:52 - 12 May 2026

Minaya düşən hərbçilərin işi araşdırılır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.


Manset.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluğundan məlumat verilib.

Qeyd edək ki, mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az