"İşğaldan azad edilmiş ərazilərdə yeni həyat keyfiyyəti yaradılır"

10:36 - 18 May 2026

 \"İşğaldan azad edilmiş ərazilərdə yeni həyat keyfiyyəti yaradılır\"

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yeni həyat keyfiyyəti yaradır.


Manset.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdəki bərpa işləri və Böyük Qayıdış proqramı artıq bir çox beynəlxalq təsisatların, xarici tərəfdaşların böyük marağına səbəb olub: "Biz işğaldan azad edilmiş ərazilərdə sadəcə evlər tikib insanları buraya qaytarmırıq. Bu ərazidə yeni bir həyat keyfiyyəti layihələndirir və yaradırıq. Artıq təxminən 90 min insan Qarabağda və Şərqi Zəngəzurda yaşayır, işləyir, universitetlərdə təhsil alır. Bütün bunlarla bağlı Suriya, Ukrayna və bir çox digər ölkələrdən olan dostlarımızla maraqlı müzakirəmiz olub".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az