Azərbaycanın Təbrizdəki konsulu faciəvi şəkildə həlak oldu

22:36 - 23 May 2026

Azərbaycanın Təbrizdəki konsulu faciəvi şəkildə həlak oldu

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu yol qəzasında vəfat edib.


Manset.az xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı.

Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin!", - deyə məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az