Nazir Qaxda tədris prosesi ilə tanış oldu - FOTOLAR

12:00 - 26 May 2026

Nazir Qaxda tədris prosesi ilə tanış oldu - FOTOLAR

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Qax şəhərində yerləşən 5 nömrəli tam orta ümumtəhsil məktəbində olub. 

 

Manset.az xəbər verir ki, səfər çərçivəsində məktəbdə yaradılmış şəraitlə tanışlıq olub, tədris prosesi izlənilib. Nazir peşə təmayüllü siniflərdə şagirdlərin praktiki bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətləri izləyib. Eyni zamanda rəqəmsal bacarıqlar üzrə təşkil olunan dərslərdə şagirdlərin süni intellekt alətlərindən praktiki istifadə imkanları təqdim olunub, bu istiqamətdə tətbiq olunan müasir tədris yanaşmaları barədə məlumat verilib. 

Daha sonra nazir məktəbin pedaqoji kollektivi ilə də görüşüb, müəllimlərin tədris prosesinin təşkili, peşəkar inkişaf və təhsil mühitinin təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini dinləyib, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb. 

Görüş zamanı regionlarda keyfiyyətli təhsil imkanlarının genişləndirilməsi, şagirdlərin əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etməsinin əhəmiyyəti vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az