"Avropa ilə Asiya arasında olan regionun qlobal neqativ tendensiyalardan kənarda qalması real deyil" - Nazir 

16:50 - 08 İyun 2026

\"Avropa ilə Asiya arasında olan regionun qlobal neqativ tendensiyalardan kənarda qalması real deyil\" - Nazir 

Avropa ilə Asiya arasında yerləşən regionun qlobal və regional neqativ tendensiyalardan kənarda qalması real deyil.


Manset.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.

C.Bayramov vurğulayıb ki, görüş zamanı İran ətrafında baş verən proseslər və Yaxın Şərqdə sülhün əldə olunması məsələləri də müzakirə edilib. Nazir beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsinin vacibliyini qeyd edib:

"Vahid yanaşma ondan ibarətdir ki, diplomatik, siyasi yollara üstünlük verilməlidir. Beynəlxalq hüquqa riayət edilməlidir. Atəşkəsə nail olunması, qalıcı sülhə çevrilməsi bütün ölkə üçün önəmli məqamlardan biridir".

Nazir qeyd edib ki, Türkiyə–Azərbaycan–Gürcüstan üçtərəfli əməkdaşlıq formatı ölkələrin regional məsələlərdə koordinasiyalı fəaliyyətini nümayiş etdirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az