logo
logo logo
logo

"Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı güclənməkdədir" - Burhanettin Duran

20:29 - 15 İyun 2026

\"Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı güclənməkdədir\" - Burhanettin Duran

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Milli Qurtuluş Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb.


Manset.az xəbər verir ki, Burhanettin Duran bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Qardaş və dost ölkə can Azərbaycanın Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edirəm", - deyə o bildirib.

Burhanettin Duran əlavə edib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik və həmrəylik içində öz gələcəyinə sahib çıxdığı, dövlətinin varlığı və millətinin rifahı naminə ortaya qoyduğu güclü iradənin rəmzidir:

"Sevinci və kədəri bölüşən Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı da "bir millət, iki dövlət" anlayışı ilə hər keçən gün daha da möhkəmlənir. Bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən əziz şəhidlərimizi rəhmət və ehtiramla, qəhrəman qazilərimizi isə şükran və minnətdarlıqla yad edirəm".





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az