Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasına yeni direktor təyin edilib.
Manset.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, plastik cərrah Dilqəm Məmmədov sözügedən klinikaya direktor təyin edilib.