logo
logo logo
logo

"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır" - Hikmət Hacıyev

19:00 - 25 İyun 2026

\"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır\" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.


Manset.az xəbər verir ki, H. Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik", - o bildirib.

H. Hacıyev əlavə edib ki, görüşdə Azərbaycan-NATO münasibətlərinin möhkəmləndirilməsi istiqamətində əldə edilmiş irəliləyiş müzakirə olunub:

"Biz həmçinin Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi etdik".




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az