logo
logo logo
logo

Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşdü

19:42 - 25 İyun 2026

Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşdü

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Londonda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.


Manset.az xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam", - o bildirib.

Görüşdə COP29 nəticələrinin icrası, COP31-ə hazırlıq müzakirə edilib:

"Həmçinin, iqlim öhdəliklərini konkret nəticələrə çevirmək üçün metan emissiyalarının azaldılmasının sürətləndirilməsi, iqlim maliyyəsinin miqyasının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq".




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az