logo
logo logo
logo

Şuşadan dünyaya sülh MESAJI

15:15 - 13 İyul 2026

Şuşadan dünyaya sülh MESAJI

Bu gün “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu işə başlayır.


Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspert və rəsmi şəxsin iştirak etdiyi Forumun məhz sülhə və etimada həsr olunması təsadüfi deyil, çünki münaqişələrin artdığı çağdaş dünyamızda Azərbaycan real sülh qurucusu nümunəsi göstərən yeganə ölkə kimi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və onun bu sahədə irəli sürdüyü  bütün təşəbbüslər dəstəklənir.

Biz keçən həftə, 4-8 iyulda ATƏT Parlament Assambleyasının Haaqada keçirilmiş 33-cü İllik Sessiyasında bunun bir daha şahidi olduq. Azərbaycanın sülh doktrinası və etimad quruculuğu konsepsiyası ilə bağlı siyasəti Assambleya tərəfindən  nəzərə alındı və birmənalı olaraq  dəstəkləndi. Belə ki, ATƏT PA-nın hər üç Ümumi Komitələrinin hazırladığı Qətnamə layihələrində keşmiş münaqişə və ya Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və sülh prosesi ilə bağlı hər hansı istinad və ya müddəa yer almadı. Halbuki, bu məsələlərlə bağlı bəzi ziddiyyətli müddəalar ilkin Qətnamə layihələrinə daxil edilmişdi. Lakin cari ilin 27 aprel tarixində Kopenhagendə keçirilmiş ATƏT PA-nın Büro iclasında və həmçinin iclasdan əvvəl aparılan danışıqlarda Azərbaycanın mövqeyi Büro üzvlərinin və məruzəçilərin diqqətinə çatdırıldı və irəli sürdüyümüz əsaslandırılmış arqumentlər əsasında həmin istinad və müddəaların Qətnamə layihələrindən tamamilə çıxarılmasına nail olundu. Əsas arqumentimiz ondan ibarət idi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin prinsipial mövqeyi nəticəsində ATƏT-in Minsk Qrupu rəsmən ləğv edilib, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi müstəsna olaraq ikitərəfli formatda həyata keçirilir və bu, format artıq konkret nəticələr verib. Belə olan halda, ATƏT PA-nın və ya hər hansı digər beynəlxalq təşkilatın bu prosesə müdaxilə etməsi üçün heç bir əsas yoxdur və doğru deyil. 

Təqdirəlayiq haldır ki, bizim əsaslı arqumentlərimiz nəzərə alındı və ATƏT PA-nın Haaqa Sessiyasında Komitələrin Qətnamə layihələri olduğu kimi təsdiq edildi, yəni, Azərbaycan–Ermənistan münasibətlərinə dair hər hansı müddəa yer almadı. Həmçinin sənədlərin məzmununa da heç bir dəyişiklik irəli sürülmədi.

Bu isə onu göstərir ki, qərb institutu olaraq ATƏT PA Azərbaycan Prezidentinin irəli sürdüyü sülh doktrinasını və normallaşma prosesi ilə bağlı formalaşdırdığı institusional yanaşmanı, ikitərəfli danışıqlar formatını qəbul edir və ona hörmətlə yanaşır.

Əminəm ki, bu gün Şuşada keçirilən Qlobal Media Forumu da Azərbaycanın sülh gündəmini və dövlətimizin ardıcıl sülh siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaq, həqiqətlərin obyektiv şəkildə təqdim olunmasını təmin etmək baxımından növbəti mühüm və təsirli platforma olacaqdır.

Azay Quliyev 

Milli Məclisin deputatı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az