logo
logo logo
logo

Deputatlar tətilə çıxdılar

12:37 - 14 İyul 2026

Deputatlar tətilə çıxdılar

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.


Manset.az-ın məlumatına görə, I vitse-spiker xatırladıb ki, sessiya iyunun 5-də başlayıb.

O, sessiyanın uğurla başa çatdığını bildirərək, növbədənkənar sessiyasını bağlı elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır. Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az