Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) fəaliyyəti çərçivəsində ahılların hüquqlarının təmini məsələsini diqqətdə saxlayır. Bu məqsədlə Ombudsmanın tapşırığı əsasında mütəmadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə başçəkmələr həyata keçirilir.
Manset.az xəbər verir ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli
Preventiv Qrupun üzvləri tərəfindən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə
həyata keçirilən növbəti başçəkmə zamanı müəssisənin
yaşayış korpuslarına, inzibati, həmçinin yataq və tibb otaqlarına baxış keçirilib,
saxlanma şəraiti, qidalanma, habelə tibbi yardımın təşkili ilə bağlı mövcud
vəziyyət və sənədləşmə araşdırılıb.
Eyni
zamanda, Ombudsmanın nümayəndələri tərəfindən müəssisənin sakinləri ilə
görüşlər keçirilərək onların müvafiq müraciətləri qeydə alınıb, həmçinin Müvəkkilin
səlahiyyətləri barədə ətraflı məlumatlar verilib.
Başçəkmə zamanı qidalanmanın təşkili, dərman
preparatlarının saxlanılması və yararlılıq müddətinə riayət olunması, eləcə də
müəssisənin bina və infrastrukturunun texniki vəziyyəti ilə bağlı əlavə tədbirlərin
görülməsini zəruri edən məsələlər müəyyən edilib.
Həmçinin əvvəlki başçəkmələr çərçivəsində
verilmiş tövsiyələrin icrası vəziyyəti yerində yoxlanılıb, fəaliyyətin daha da
təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.
Başçəkmənin
nəticələrinə əsaslanaraq müəyyən olunmuş bir sıra məsələlərin həlli istiqamətində
ƏƏSMN-ə müraciət
ediləcək.