logo
logo logo
logo

    “Euronews” Prezidentin Almaniya səfərindən yazdı 

09:20 - 22 İyul 2026

    “Euronews” Prezidentin Almaniya səfərindən yazdı 

Azərbaycan və Almaniya enerji, nəqliyyat və ticarət sahələrini əhatə edən strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar, eyni zamanda, Kansler Fridrix Merts Moskvadan asılılığı azaltmaq üçün gələn ilə qədər illik 2 milyard kubmetrə çatması gözlənilən Azərbaycanın qaz tədarükünü alqışlayıb.


Manset.az xəbər verir ki, bu barədə "Euronews"un Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına (AFR) rəsmi səfəri ilə bağlı hazırladığı yazıda bildirilib.

Qeyd olunub ki, tərəflər strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, enerji, nəqliyyat, infrastruktur, ticarət, investisiya, həmçinin elm və texnologiyanı əhatə edən bir sıra sazişlər imzalayıblar. "Bununla da Almaniya İtaliyadan sonra Azərbaycanla eyni sazişi imzalayan ikinci Avropa ölkəsi olub", - məqalədə bildirilib və əlavə edilib ki, Almaniya Bakının ən yeni qaz müştərilərindən birinə çevrilib.

Yazıda Cənub Qaz Dəhlizinin əhəmiyyəti də qabardılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az