logo
logo logo
logo

Zelenski Trampdan 300 “Patriot” raketi istədi

17:10 - 29 İyul 2026

Zelenski Trampdan 300 “Patriot” raketi istədi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan qış mövsümünə qədər Ukraynaya "Patriot" zenit-raket kompleksləri (ZRK) üçün 300 ədəd raket verilməsini xahiş edib.


Manset.az xəbər verir ki, bu barədə o, “Axios” portalına müsahibəsində bildirib.

Portalın qeyd etdiyi kimi, bu müraciət Ukraynanın qış aylarında üzləşə biləcəyi enerji sisteminin çökməsi ilə bağlı narahatlıqlardan irəli gəlir.

Zelenskinin sözlərinə görə, Ağ Evin rəhbəri "kömək etməyə çalışacağına söz verib", lakin ABŞ prezidenti əlavə edib ki, İranla münaqişə zamanı həmin ZRK raketlərindən istifadə zərurəti səbəbindən bunu həyata keçirmək çətindir.

Zelenski həmçinin Trampla ikitərəfli görüş zamanı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Amerika liderinin kürəkəni Cared Kuşnerin yaxın iki həftə ərzində baş tuta biləcək Ukrayna səfərini də müzakirə etdiklərini təsdiqləyib.

Bundan əvvəl Tramp Vaşinqtonun Kiyevə "Patriot" zenit-raket kompleksləri üçün raketlərin istehsalına lisenziya verəcəyini açıqlamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az