logo
logo logo
logo

İlham Əliyev Sadır Japarovu Azərbaycana dəvət etdi

10:04 - 31 İyul 2026

İlham Əliyev Sadır Japarovu Azərbaycana dəvət etdi

"Müttəfiqlik münasibətləri – çox böyük məsuliyyətdir və biz bu məsuliyyətə hazırıq".


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.

"Bu gün biz sizinlə birlikdə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsinə olan birgə niyyətimizi bir daha nümayiş etdirərək, dövlətlərarası münasibətlərimizi ən yüksək səviyyəyə qaldırdıq. Biz bundan sonra da bütün təşəbbüslərdə, həm beynəlxalq platformalarda, həm ticari-iqtisadi sahədə, həm də təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində bir-birimizi dəstəkləyəcəyik", - İlham Əliyev qeyd edib.

Dövlət başçısı həmçinin Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az