logo
logo logo
logo

Azərbaycanda bu qanun qüvvəyə mindi

16:05 - 13 Avqust 2026

Azərbaycanda bu qanun qüvvəyə mindi

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Toxumçuluq haqqında" qanunu təsdiqləyib.


Manset.az xəbər verir ki, sənəd müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir.

Qanuna toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışlar daxil edilib, mövcud anlayışlar mahiyyətinə uyğun olaraq dəqiqləşdirilir.

Toxumçuluğun məqsəd və prinsipləri ətraflı şəkildə müəyyən edilib, sahənin obyektlərinin və subyektlərinin dairəsi dəqiqləşdirilib. Eyni zamanda, qanunda toxumun keyfiyyətinə nəzarət və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur, toxum müfəttişlərinin səlahiyyət və vəzifələri, toxumların emalı, utilizasiyası, məhv edilməsi, qablaşdırılması və etiketləşdirilməsi prosesləri dəqiq müəyyən edilir.

Qanunda nəzərdə tutulan yeniliklərdən biri də məhz elektronlaşma ilə bağlıdır. Belə ki, toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin (toxum əməliyyatçılarının) qeydiyyatının elektron şəkildə aparılması prosesin operativliyini təmin etmək baxımından mühüm amildir. Elektronlaşma nəticəsində aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.

Qanun həm də toxumçuluq sahəsinin iqtisadi əsaslarını yeniləyir. Belə ki, qüvvədə olan qanuna əsasən yüksək nəsilli toxumlar kvota əsasında istehsal edilirdi ki, bu da bazar iqtisadiyyatı şəraitində rəqabəti əngəlləyirdi. Yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi bu sahədə rəqabət mühiti yaratmaqla, özəl seleksiya və özəl ilkin toxumçuluğun inkişafına şərait yaradacaq.

Keyfiyyət və beynəlxalq uyğunluq baxımından kənd təsərrüfatı bitki sortlarının toxumlarının kateqoriyaları beynəlxalq standartlara uyğunlaşdırılaraq artırılma mərhələsindən asılı olaraq orijinal, elit və sertifikatlı toxum (C1, C2 və birinci nəslin hibrid toxumları) kimi müəyyən edilir, sertifikatlaşdırılmış toxumların etiketində toxuma aid tam və detallı məlumatların əks olunması tələbi isə toxum marketinqi sahəsinin inkişafına təkan verir. Eyni zamanda hüquqi və fiziki şəxslərə yalnız öz əkinlərində təsərrüfat sınağı məqsədilə Dövlət Reyestrinə daxil edilməmiş bitki sortlarının toxumlarını idxal etmək imkanı verilməsi yeni sortların təsərrüfat şəraitində sınaqdan keçirilməsi və yararlılığının qiymətləndirilməsi üçün əlavə şərait yaradır.

Qanun toxumçuluq sektorunda köklü islahat hesab edilməklə aqrar sektorun dayanıqlı inkişafına əhəmiyyətli təsir edəcək. Qanunun qəbulu ilə gözlənilən əsas müsbət nəticələr aşağıdakılardır:

- özəl seleksiyanın və özəl ilkin toxumçuluğun inkişafı üçün rəqabət mühitinin formalaşması;

- istehsal edilən toxumların keyfiyyət göstəricilərinin yüksəlməsi, vahid toxum sisteminin formalaşması və tənzimləmə-nəzarət tədbirlərinin asanlaşdırılması;

- toxum marketinqi sahəsinin inkişafı;

- yerli toxumçuluğun inkişaf etdirilməsi və idxal olunan toxumlara sərf olunan maliyyə vəsaitinin ölkədə qalması;

- keyfiyyətli sertifikatlı toxumdan istifadə hesabına məhsuldarlığın artırılması;

- əlverişli biznes mühiti hesabına sahəyə özəl investisiyanın cəlb edilməsi və toxum ixracının təşkili üçün münbit şəraitin yaradılması.

Bundan başqa, dövlət başçısı "Toxumçuluq haqqında" qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti, beş ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib ölkə Prezidentinə məlumat verməlidir:

- toxumçuluq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydası;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, xarici ticarət tərəfdaşı olan ölkənin toxumçuluq sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası;

- xidmət haqlarının məbləğləri;

- ölkədə toxumçuluğun vəziyyətinin öyrənilməsi məqsədilə informasiya toplanılmasını, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılması qaydası;

- toxum müfəttişlərinin vəsiqələrinin təsvirini və nümunəsi;

- toxumçuluq sahəsində risklərin idarə olunması qaydası;

- toxum əməliyyatçılarının Seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatında qeydiyyata alınması qaydası;

- zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və ləğvi nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə görə çəkilən xərclərin kompensasiya məbləğini və ödənilməsi qaydası;

- toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin Nazirliyin hesabına köçürülən vəsaitin bölgüsü və ondan istifadə qaydası;

Kənd Təsərrüfatı Nazirliyi isə üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib dövlət başçısına məlumat verməlidir:

- toxumların istehsalı, emalı, qablaşdırılması, etiketləşdirilməsi, daşınması, tədarükü, saxlanması, idxalı, ixracı, utilizasiyası, zərərsizləşdirilməsi və məhv edilməsi qaydaları;

- toxumların sortluq və səpin keyfiyyətlərinin müəyyən edilməsi və sertifikatlaşdırılması qaydaları;

- toxumluq əkinlərin tarla nəzarətinin aparılması və tarla müfəttişlərinin fəaliyyətinin təşkili qaydaları;

- sərgilərdə nümayiş etdirilməsi, hüquqi və fiziki şəxslər tərəfindən öz əkinlərində təsərrüfat sınaqlarının aparılması məqsədilə idxal olunan toxumların miqdarı (kütləsi);



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az