logo
logo logo
logo

Prezident bu nazirliyə yeni səlahiyyət verdi

13:44 - 14 Avqust 2026

Prezident bu nazirliyə yeni səlahiyyət verdi

Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasının məlumatları Kənd Təsərrüfatı Nazirliyinə də təqdim olunacaq.


Manset.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Hazırda Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasının məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Prezidenti, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Dövlət Statistika Komitəsinə təqdim olunur.

Beləliklə, bu siyahıya Kənd Təsərrüfatı Nazirliyi də əlavə edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az