logo
logo logo
logo

"Böyük Britaniya Orta Dəhlizin inkişafını dəstəkləməyə hazırdır" - SƏFİR

12:00 - 21 Avqust 2026

\"Böyük Britaniya Orta Dəhlizin inkişafını dəstəkləməyə hazırdır\" - SƏFİR

"Böyük Britaniya davamlı infrastrukturun yaradılması üçün Britaniya təcrübəsinin tətbiqi, investisiyalar və maliyyələşdirmə daxil olmaqla, Orta Dəhliz layihəsinin reallaşdırılmasını dəstəkləməyə hazırdır".


Manset.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan iki tərəf arasında dialoq və daimi qarşılıqlı əlaqəyə əsaslanan dayanıqlı sülhə doğru addımlar atır. Bu vəziyyət potensial olaraq ticarət, investisiyalar və regional bağlantı üçün yeni imkanlar yarada bilər. Biz sərhədlərin delimitasiyası işləri, Azərbaycanın Ermənistana elektrik enerjisi tədarükü və transsərhəd "Sülh körpüsü" təşəbbüsü kimi praktiki addımları alqışlayırıq", - səfir vurğulayıb.

O qeyd edib ki, nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin açılması Azərbaycan və Ermənistan arasındakı sülhün bütün regiona daha çox rifah və təhlükəsizlik gətirməsini təmin etməyə kömək edə bilər.

Norman qeyd edib ki, Böyük Britaniya və Azərbaycan arasında sıx dostluq münasibətləri mövcuddur.

"Biz bir çox məsələlər üzrə birlikdə işləyir və bir çox mövzuda eyni fikirləri bölüşürük. Mən bu dostluq münasibətlərini daha da möhkəmləndirmək imkanını səbirsizliklə gözləyirəm", - o əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az