"Bakı və İrəvan arasında yekun sülh və Cənubi Qafqazda yeni iqtisadi imkanların açılması Azərbaycanın və bütün regionun gələcəyini əhəmiyyətli dərəcədə dəyişə, eləcə də regional əlaqələrin yaxşılaşmasına kömək edə bilər".
Manset.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında bildirib.
"Düşünürəm ki, bu, çox şeyi yaxşıya doğru dəyişəcək. Biz Azərbaycanın artıq nə qədər irəlilədiyini görürük, lakin sülh müqaviləsinin bağlanması və iqtisadi imkanların açılması Azərbaycanın və regionun gələcəyinə çox böyük təsir göstərəcək", - diplomat bildirib.
Səfir sülh prosesinin iqtisadi tərkib hissəsinin xüsusi əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu iqtisadi imkanlar təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə və digər ölkələr üçün maraq kəsb edir.