logo
logo logo
logo

"Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

21:22 - 23 Avqust 2026

\"Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur\"

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu Azərbaycanın digər ölkələrlə bu cür əməkdaşlıq formatları arasında ən səmərəli və nəticəyönümlü olanıdır.


Manset.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

"Mənə məruzə ediblər ki, 500 milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib. Təbii ki, düşünürəm, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. Həmçinin deməliyəm ki, Azərbaycanın müxtəlif ölkələrlə bu cür əməkdaşlıq formatları var. Amma mən deyərdim ki, ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur. Lakin bizim nəzərdə tutduğumuz və artıq müqavilələri bağlanmış layihələr üzrə investisiyaların həcmi fondun həcmindən xeyli çoxdur. Bu təqdimatda deyildi ki, təkcə Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır. Həmçinin Daşkənddə həyata keçirilən layihələr, – hotel kompleksləri və yaşayış kompleksləri, – bu İnvestisiya Fondunun çərçivəsindən kənardadır. Ona görə də ümumilikdə investisiya portfelinə baxsaq, onun müəyyən etdiyimiz 500 milyon dollardan xeyli böyük olduğunu görərik", - İlham Əliyev deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az