logo
logo logo
logo

Prezident Corciya Melonini təbrik etdi

09:14 - 04 Sentyabr 2026

Prezident Corciya Melonini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corciya Melonini İtaliya Respublikası tarixində ən uzun müddət vəzifədə olan Baş nazir olması münasibətilə təbrik edib.


Manset.az xəbər verir ki, dövlət başçısı bununla "X" hesabında paylaşım edib.

    “Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının etimadını əks etdirir”, – Prezident İlham Əliyev bildirib.

    Dövlət başçısı Corciya Meloninin Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirdiyini vurğulayıb.

    “Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək”, – paylaşımda qeyd olunub.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az