logo
logo logo
logo

Azərbaycanın ərazi bütövlüyünün bərpasına GEDƏN YOL

17:45 - 20 Sentyabr 2026

Azərbaycanın ərazi bütövlüyünün bərpasına GEDƏN YOL

Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı.


Ötən müddət ərzində ümummilli lider Heydər Əliyev uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı.

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol

Bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi, dünya üçün çox nadir inkişaf modelini yaratdı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, ordunun daxili tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu, Azərbaycan 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal etməyə başladı və ən müasir silahların ixracatçısına çevrildi. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlarda bütün dünyaya nümayiş etdirildi.

Ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər.

Ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi.

Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsi zaman məsələsinə çevirdi.

Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırdı, Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi.

Ermənistan danışıqlar prosesinin formatını və məzmununu məhv etməklə, danışıqların imitasiyasını aparmaqla, BMT TŞ-nın qətnamə və qərarlarının icra etməməklə sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoydu.

Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə" açıqlaması Ermənistanın işğalçılıq siyasətinin ən bariz etiraflarından birinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına "Qarabağ Azərbaycandır və nida işarəsi" deməklə sərt reaksiya verdi.

Prezident İlham Əliyev bu dövrü aydın şəkildə təsvir edir: "Bəli, onlar Dağlıq Qarabağı müstəqil dövlət adlandırdılar, növbəti mərhələdə yeni xəritələr çap etdilər və bütün ətraf rayonlarımızı Dağlıq Qarabağ adlandırmağa başladılar. Şəhər və kəndlərimizin adları dəyişdirildi və nəhayət, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələməyə başladılar. Bunu deyən onların Tonoyan soyadlı müdafiə naziri idi. O bəyan etmişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır".

2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi.

2020-ci ilin avqust ayında Ermənistan daha bir hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin Azərbaycan Ordusu bu təxribat planını da pozdu.

2020-ci il sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini yenidən xəbərdar etdi: "Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib… Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Beləliklə, 2016-cı ilin Aprel döyüşlərindən, 2020-ci ilin İyul döyüşlərindən Ermənistanın hərbi-siyasi rəhbərliyi lazımi dərs çıxarmadı və vəziyyəti daha da gərginləşdirməyə davam etdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan "Dəmir Yumruq" adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

2020-ci il oktyabrın 4-dəki xalqa ikinci müraciətində Prezident İlham Əliyev düşmənə öz yerini göstərdi: "İndi biz göstərdik kim-kimdir… Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!".

2020-ci il oktyabrın 9-dakı xalqa üçüncü müraciətində Azərbaycan Prezidenti status-kvonun artıq olmadığını və təmas xəttinin yarıldığını elan etdi: "Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini… Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz".

2020-ci il oktyabrın 17-də xalqa növbəti müraciətində Prezident İlham Əliyev raket hücumlarına məruz qalan Azərbaycan şəhərlərinin Ermənistanın dinc əhaliyə qarşı dövlət terrorizmi və vandalizminə müqavimət rəmzinə çevrildiyi mesajını verdi: "Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik".

2020-ci il oktyabrın 20-də xalqa beşinci müraciətində Azərbaycan Prezidenti əldə edilən nəticələrin düşünülmüş və vaxtında atılmış addımların bəhrəsi olduğunu, tələskənliyin yolverilməzliyini diqqətə çatdırdı: "Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz "Twitter" hesabımda, "Twitter" vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik".

2020-ci il oktyabrın 26-da xalqa altıncı müraciətində dövlət başçısı Azərbaycan xalqını həlledici qələbəyə yaxın olduğunun müjdəsini verdi: "Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik".

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!".

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol

Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.

2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı- "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı"imzalandı. Həmin gün xalqa sayca səkkizinci müraciətində İlham Əliyev milli şüara çevrilmiş "Qarabağ Azərbaycandır və nida" ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi: "…nə oldu bəs status? …yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!".

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol

Azərbaycan Prezidenti müharibə nəticəsinin Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün ən yaxşı nümunə olduğunu bildirdi: "Bizdə bir nəfər fərari oldumu? Olmadı! Bir nəfər də olmadı! Budur Azərbaycan xalqı! Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, "Vətən sağ olsun". Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik səni, get irəli, dayanma və getmişəm, dayanmamışam".

Prezident İlham Əliyev, həmçinin informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi: "Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm …o müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir".

Ermənistan qoşunlarının döyüş itkiləri

Sıra №-siİtkilərCəmi
1.Şəxsi heyət10000-ə qədər
2.Tank287
3.PDM66
4.PDM-K3
5.152 mm-lik ÖAQ (2S3 Akasiya)14
6.122-lik ÖAQ (2S1 Qvozdika)14
7.Top (müxtəlif çaplı)315
8.Minaatan (müxtəlif çaplı)/TƏV63/53
9.300 mm-lik BM-30 ("Smerç")4
10.SU-25 təyyarə5
11.122 mm-lik BM-21 ("Qrad")97
12.220 mm-lik "Uraqan"2
13.273 mm-lik WM 80 YARS2
14.220 mm-lik TOS (sursatı ilə birlikdə)2
15.S-300 ZRK atıcı qurğusu7
16.S-300 ZRK işıqlandırma və yönəltmə r/lokatoru1
17.S-300 ZRK RL aşkaretmə stansiyası2
18.5N84 (Oborona) RLS1
19.ZRK "Tor"6
20.ZRK "Osa"38
21.ZRK "Osa" doldurucu qurğu1
22.ZRK KUB atıcı qurğusu2
23.ZRK KUB İKT stansiyası2
24.ZRK KRUQ RTS1
25.ZRK S-125 antena postu (UNV-2D)2
26.ZQ M55 Zastava (MTLB üzərində)5
27.ZQ-23-2/4 (MTLB üzərində)9
28.PUA22
29.ƏTRK "ELBRUS" (raket)2
30.Ballistik raket2
31."TOÇKA-U" raket kompleksi1
32.PMZ (mina döşəyən)1
33.REM (RTK) vasitəsi /Retranslyator5/1
34.R-142 (komanda-qərargah maşını), dizel aqreqatı2/1
35.NEBO-M (hava hədəfləri RLS)1
36.P-19 radiolokasiya stansiyası1
37.P-18 radiolokasiya stansiyası/antena postu3/1
38.19J6 radiolokasiya stansiyası3
39.Repellent (radiotexniki maneə vasitəsi)4
40.Yük avtomobili (22 sursatlı), minik avtomobili253/46
41.PİKAP avtomobil/xüsusi avtomobil5/1
42.MTLB3

Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlər


Sıra №-siHərbi qənimətlərCəmi
1.Döyüş sursatları (müxtəlif çaplı)2994285
2.Tank101
3.PDM63
4.PDM KŞ1
5.BRDM-28
6.Top və haubitsalar169
7.Minaatan64
8.TƏİRK97
9.Tank əleyhinə idarəolunan raketlər358
10.Qumbaraatan635
11.Atıcı silahlar3615
12.Şilka ZQ-23-411
13.KUB-2K12 (ZRK-nın 1RL-93 raket tuşlama stansiyası)1
14.KUB-2K12 (ZRK-nın atıcı qurğusu)1
15.3M9M3 tipli məmulat İZR-i (raket)3
16.9M331 TOR kompleksi (9M334 tipli tara)6
17.9M331 TOR kompleksi İZR-i (raketi)21
18.9M33M2, 9M33M3 tipli məmulat İZR-i (raket)31
19.OSA döyüş maşını1
20.9T217BM3 tipli nəqliyyat doldurucu maşın2
21."İqla-S", "İqla", "İqla-1" məmulatı138
22."Strela-2" məmulatı6
23."İqla-S", "İqla", "İqla-1", "Strela-2" buraxıcı mexanizm55
24.Minik avtomobili120
25.Yük avtomobili512
26.Xüsusi avtomobil94
27.Qoşqu47
28.BTS – 45
29.MTLB48
30.BRM-1K6
31.ÖAQ (2S1 Qvozdika)12
32.Traktor10

Bundan başqa, düşmənin 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdıldı.

Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Bu münasibətlə Azərbaycan Prezidenti dekabrın 1-də xalqa müraciətində deyib: "Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.

Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir.

Vətən müharibəsi dövründə yaşayış məntəqələrinin və yüksəkliklərin işğaldan azad edilmə

xronologiyası:

TARİXRAYONYAŞAYIŞ MƏNTƏQƏSİ
1.27.09.2020FüzuliQaraxanbəyli
2.27.09.2020FüzuliQərvənd
3.27.09.2020FüzuliHoradiz kəndi
4.27.09.2020CəbrayılBöyük Mərcanlı
5.27.09.2020CəbrayılNüzgar
6.27.09.2020KəlbəcərMurovdağ zirvəsi
7.03.10.2020CəbrayılMehdili
8.03.10.2020CəbrayılÇaxırlı
9.03.10.2020CəbrayılAşağı Maralyan
10.03.10.2020CəbrayılŞəybəy
11.03.10.2020CəbrayılQuycaq
12.03.10.2020FüzuliAşağı Əbdürrəhmanlı
13.03.10.2020TərtərSuqovuşan
14.03.10.2020TərtərTalış
15.04.10.2020CəbrayılCəbrayıl ş.
16.04.10.2020CəbrayılŞükürbəyli
17.04.10.2020CəbrayılÇərəkən
18.04.10.2020CəbrayılDaşkəsən
19.04.10.2020CəbrayılHorovlu
20.04.10.2020CəbrayılMahmudlu (kənd)
21.04.10.2020CəbrayılCəfərabad
22.04.10.2020CəbrayılYuxarı Maralyan
23.04.10.2020CəbrayılDəjəl
24.04.10.2020CəbrayılKarxulu
25.05.10.2020CəbrayılŞıxalıağalı
26.05.10.2020CəbrayılSarıcallı
27.05.10.2020CəbrayılMəzrə
28.09.10.2020CəbrayılQışlaq
29.09.10.2020TərtərÇaylı
30.09.10.2020CəbrayılQaracallı
31.09.10.2020CəbrayılƏfəndilər
32.09.10.2020CəbrayılSüleymanlı
33.09.10.2020FüzuliYuxarı Güzlək
34.09.10.2020FüzuliGorazıllı
35.09.10.2020XocavəndHadrut q.
36.09.10.2020XocavəndSor
37.14.10.2020FüzuliQaradağlı
38.14.10.2020FüzuliXatınbulaq
39.14.10.2020FüzuliQarakollu
40.14.10.2020XocavəndBulutan
41.14.10.2020XocavəndMəlikcanlı
42.14.10.2020XocavəndQırmızıqaya
43.14.10.2020XocavəndDağdöşü
44.14.10.2020XocavəndTağaser
45.15.10.2020FüzuliArış
46.15.10.2020CəbrayılDoşulu
47.15.10.2020XocavəndEdişə
48.15.10.2020XocavəndDüdükçü
49.15.10.2020XocavəndEdilli
50.15.10.2020XocavəndÇiraquz
51.16.10.2020XocavəndXırmancıq
52.16.10.2020XocavəndAğbulaq
53.16.10.2020XocavəndAxullu
54.17.10.2020FüzuliFüzuli ş.
55.17.10.2020FüzuliQoçəhmədli
56.17.10.2020FüzuliCuvarlı
57.17.10.2020FüzuliPirəhmədli
58.17.10.2020FüzuliMusabəyli
59.17.10.2020FüzuliÇimən
60.17.10.2020Füzuliİşıqlı
61.17.10.2020FüzuliDədəli
62.18.10.2020CəbrayılHacılı
63.18.10.2020CəbrayılHacı İsaqlı
64.18.10.2020CəbrayılXudafərin q.
65.19.10.2020CəbrayılSoltanlı
66.19.10.2020CəbrayılƏmirvarlı
67.19.10.2020CəbrayılMaşanlı
68.19.10.2020CəbrayılHasanlı
69.19.10.2020CəbrayılAlıkeyxalı
70.19.10.2020CəbrayılQumlaq
71.19.10.2020CəbrayılGöyərçin Veysəlli
72.19.10.2020CəbrayılNiyazqulular
73.19.10.2020CəbrayılKeçəl Məmmədli
74.19.10.2020CəbrayılŞahvəlli
75.19.10.2020Cəbrayılİsaqlı
76.20.10.2020FüzuliDördçinar
77.20.10.2020FüzuliKürdlər
78.20.10.2020FüzuliYuxarı Əbdurrəhmanlı
79.20.10.2020FüzuliQarğabazar
80.20.10.2020FüzuliAşağı Veysəlli
81.20.10.2020FüzuliYuxarı Aybasanlı
82.20.10.2020CəbrayılSafarşa
83.20.10.2020CəbrayılHəsənqaydı
84.20.10.2020CəbrayılFuğanlı
85.20.10.2020Cəbrayılİmambağı
86.20.10.2020CəbrayılDaş Veysəlli
87.20.10.2020CəbrayılAğtəpə
88.20.10.2020CəbrayılYarəhmədli
89.20.10.2020XocavəndAğcakənd
90.20.10.2020XocavəndMülküdərə
91.20.10.2020XocavəndDaşbaşı
92.20.10.2020XocavəndGünəşli
93.20.10.2020XocavəndÇinarlı
94.20.10.2020ZəngilanZəngilan ş.
95.20.10.2020ZəngilanHavalı
96.20.10.2020ZəngilanMəmmədbəyli
97.20.10.2020ZəngilanHəkəri q.
98.20.10.2020ZəngilanŞərifan
99.20.10.2020ZəngilanMuğanlı
100.21.10.2020FüzuliGecəgözlü
101.21.10.2020FüzuliAşağı Seyidəhmədli
102.21.10.2020FüzuliZərgər
103.21.10.2020CəbrayılBalyand
104.21.10.2020CəbrayılPapı
105.21.10.2020CəbrayılTulus
106.21.10.2020CəbrayılTinli
107.21.10.2020ZəngilanMincivan q.
108.21.10.2020ZəngilanBabaylı
109.21.10.2020ZəngilanÜçüncü Ağalı
110.21.10.2020ZəngilanSarıl
111.21.10.2020ZəngilanXumarlı
112.21.10.2020ZəngilanHacallı
113.21.10.2020ZəngilanXurama
114.21.10.2020ZəngilanCahangirbəyli
115.21.10.2020ZəngilanTurabad
116.21.10.2020Zəngilanİçəri Müşlan
117.21.10.2020ZəngilanQıraq Müşlan
118.21.10.2020ZəngilanMəlikli
119.21.10.2020ZəngilanÜdgün
120.21.10.2020ZəngilanBaharlı
121.22.10.2020FüzuliMollavəli
122.22.10.2020FüzuliYuxarı Rəfədinli
123.22.10.2020FüzuliAşağı Rəfədinli
124.22.10.2020CəbrayılSirik
125.22.10.2020CəbrayılŞıxlar
126.22.10.2020CəbrayılMəstalıbəyli
127.22.10.2020CəbrayılDərzili
128.22.10.2020ZəngilanKolluqışlaq
129.22.10.2020ZəngilanMalatkeşin
130.22.10.2020ZəngilanZəngilan (kənd)
131.22.10.2020ZəngilanGenlik
132.22.10.2020ZəngilanVəliqulubəyli
133.22.10.2020ZəngilanQaradərə
134.22.10.2020ZəngilanÇöpədərə
135.22.10.2020ZəngilanTatar
136.22.10.2020ZəngilanTiri
137.22.10.2020ZəngilanƏmirxanlı
138.22.10.2020ZəngilanQarqulu
139.22.10.2020ZəngilanBartaz (kənd)
140.22.10.2020ZəngilanDəlləkli
141.22.10.2020ZəngilanAğbənd q.
142.23.10.2020XocavəndDolanlar
143.23.10.2020XocavəndBünyadlı
144.23.10.2020CəbrayılDağ Tumas
145.23.10.2020CəbrayılNüsüs
146.23.10.2020CəbrayılXələfli q.
147.23.10.2020CəbrayılMinbaşılı
148.23.10.2020ZəngilanVənədli
149.23.10.2020ZəngilanMirzəhəsənli
150.23.10.2020QubadlıZilanlı
151.23.10.2020QubadlıKürd Mahruzlu
152.23.10.2020QubadlıMuğanlı
153.23.10.2020QubadlıAlaqurşaq
154.25.10.2020ZəngilanBirinci Alıbəyli
155.25.10.2020Zəngilanİkinci Alıbəyli
156.25.10.2020ZəngilanRəbənd
157.25.10.2020ZəngilanYenikənd
158.25.10.2020CəbrayılQovşudlu
159.25.10.2020CəbrayılSofulu
160.25.10.2020CəbrayılDağ Maşanlı
161.25.10.2020CəbrayılKürdlər
162.25.10.2020CəbrayılHovuslu
163.25.10.2020QubadlıPadar
164.25.10.2020QubadlıƏfəndilər
165.25.10.2020QubadlıYusifbəyli
166.25.10.2020QubadlıÇaytumas
167.25.10.2020QubadlıXanlıq
168.25.10.2020QubadlıSarıyataq
169.25.10.2020QubadlıMollabürhan
170.25.10.2020QubadlıQubadlı ş.
171.26.10.2020CəbrayılÇələbilər
172.28.10.2020ZəngilanBirinci Ağalı
173.28.10.2020Zəngilanİkinci Ağalı
174.28.10.2020ZəngilanZərnəli
175.28.10.2020FüzuliMandılı
176.28.10.2020CəbrayılQazanzəmi
177.28.10.2020CəbrayılXanağabulaq
178.28.10.2020CəbrayılÇullu
179.28.10.2020CəbrayılQuşçular
180.28.10.2020CəbrayılQaraağac
181.28.10.2020QubadlıQiyaslı
182.28.10.2020QubadlıƏbilcə
183.28.10.2020QubadlıQilican
184.30.10.2020CəbrayılXudaverdili
185.30.10.2020CəbrayılQurbantəpə
186.30.10.2020CəbrayılŞahvələdli
187.30.10.2020CəbrayılXubyarlı
188.30.10.2020ZəngilanAladin
189.30.10.2020ZəngilanVejnəli
190.30.10.2020QubadlıKavdadıq
191.30.10.2020QubadlıMəmər
192.30.10.2020QubadlıMollalı
193.02.11.2020CəbrayılÇapand
194.02.11.2020CəbrayılQoşabulaq
195.02.11.2020ZəngilanDərə Gilətağ
196.02.11.2020ZəngilanBöyük Gilətağ
197.02.11.2020Qubadlıİşıqlı
198.02.11.2020QubadlıMuradxanlı
199.02.11.2020QubadlıMilanlı
200.04.11.2020CəbrayılMirək
201.04.11.2020CəbrayılKavdar
202.04.11.2020ZəngilanMəşədiismayıllı
203.04.11.2020ZəngilanŞəfibəyli
204.04.11.2020QubadlıBaşarat
205.04.11.2020QubadlıQarakişilər
206.04.11.2020QubadlıQaracallı
207.07.11.2020FüzuliYuxarı Veysəlli
208.07.11.2020FüzuliYuxarı Seyidəhmədli
209.07.11.2020FüzuliQorqan
210.07.11.2020FüzuliÜçüncü Mahmudlu
211.07.11.2020FüzuliQacar
212.07.11.2020FüzuliDivanalılar
213.07.11.2020CəbrayılYuxarı Məzrə
214.07.11.2020CəbrayılYanarxac
215.07.11.2020QubadlıQəzyan
216.07.11.2020QubadlıBalasoltanlı
217.07.11.2020QubadlıMərdanlı
218.07.11.2020ZəngilanBeşdəli
219.07.11.2020XocalıQarabulaq
220.07.11.2020XocalıBaharlı
221.07.11.2020XocavəndAtaqut
222.07.11.2020XocavəndHünərli
223.08.11.2020ŞuşaŞuşa ş.
224.09.11.2020FüzuliQobu Dilağarda
225.09.11.2020FüzuliYal Pirəhmədli
226.09.11.2020FüzuliYuxarı Yağlıvənd
227.09.11.2020FüzuliDilağarda
228.09.11.2020FüzuliSeyidmahmudlu
229.09.11.2020FüzuliƏləsgərli
230.09.11.2020FüzuliAşağı Güzlək
231.09.11.2020FüzuliGovşatlı
232.09.11.2020FüzuliMirzəcamallı
233.09.11.2020FüzuliŞəkərcik
234.09.11.2020FüzuliMerdinli
235.09.11.2020FüzuliŞıxlı
236.09.11.2020FüzuliQaraməmmədli
237.09.11.2020FüzuliDövlətyarlı
238.09.11.2020FüzuliHüseynbəyli
239.09.11.2020FüzuliSaracıq
240.09.11.2020XocalıDəmirçilər
241.09.11.2020XocalıÇanaqçı
242.09.11.2020XocalıMədətkənd
243.09.11.2020XocalıSığnaq
244.09.11.2020ŞuşaDaşaltı
245.09.11.2020XocavəndSusanlıq
246.09.11.2020XocavəndBinə
247.09.11.2020XocavəndTuğ
248.09.11.2020XocavəndAğdam
249.09.11.2020XocavəndAzıx
250.09.11.2020XocavəndBöyük Tağlar
251.09.11.2020XocavəndSalakətin
252.09.11.2020XocavəndZoğalbulaq
253.09.11.2020XocavəndArakül
254.09.11.2020XocavəndTağaverd
255.09.11.2020XocavəndZərdanaşen
256.09.11.2020XocavəndŞexer
257.09.11.2020CəbrayılHüseynalılar
258.09.11.2020CəbrayılSöyüdlü
259.09.11.2020CəbrayılAşağı Sirik
260.09.11.2020CəbrayılQalacıq
261.09.11.2020CəbrayılMolla Həsənli
262.09.11.2020CəbrayılƏsgərxanlı
263.09.11.2020CəbrayılYuxarı Nüsüs
264.09.11.2020CəbrayılAşıq Məlikli
265.09.11.2020CəbrayılNiftalılar
266.09.11.2020CəbrayılQərər
267.09.11.2020QubadlıYuxarı Mollu
268.09.11.2020QubadlıAşağı Mollu
269.09.11.2020QubadlıXocik
270.09.11.2020QubadlıQaraimanlı
271.09.11.2020QubadlıXəndək
272.09.11.2020QubadlıHəmzəli
273.09.11.2020QubadlıMahruzlu
274.09.11.2020QubadlıHal
275.09.11.2020QubadlıBallıqaya
276.09.11.2020QubadlıUlaşlı
277.09.11.2020QubadlıTinli
278.09.11.2020QubadlıXocahan
279.09.11.2020QubadlıBoyunəkər
280.09.11.2020QubadlıQaraqoyunlu
281.09.11.2020QubadlıÇərəli
282.09.11.2020ZəngilanKeçikli
283.09.11.2020ZəngilanÖrdəkli
284.09.11.2020ZəngilanSobu
285.09.11.2020ZəngilanQaragöz
286.09.11.2020Zəngilanİsgəndərbəyli
287.09.11.2020ZəngilanBartaz q.
288.09.11.2020ZəngilanBartaz (2300 m)
289.09.11.2020ZəngilanSığırt (1370 m)
290.09.11.2020ZəngilanŞükürataz (2000 m)
291.09.11.2020LaçınGüləbird
292.09.11.2020LaçınSəfiyan
293.09.11.2020LaçınTürklər
294.20.11.2020Ağdam
295.25.11.2020Kəlbəcər
296.01.12.2020Laçın

Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur.

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol

Ermənistan ordusundan qənimət kimi götürülmüş texnikaların bir hissəsi 2020-ci il dekabrın 10-da Bakıda hərbi paradda nümayiş etdirilib, onlar həmçinin 2021-ci ilin aprelində Bakıda açılmış Hərbi Qənimətlər Parkında sərgilənir.

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol

Vətən müharibəsi dünya hərb elmində həm də "XXI əsrin müharibəsi" adını qazanıb. Çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlar qarşısında müzəffər Azərbaycan Ordusu əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirib və ən əsası Vətənə sonsuz məhəbbətlə uğrunda hər cür fədakarlığa istənilən şəraitdə hazır olduğunu bütün dünyaya isbat edib.

Böyük Qayıdış

Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyub, işğaldan azad edilmiş ərazilərdə ən müasir standartlarla bərpa və yenidənqurma işlərinə başlanılıb, Qarabağa həyat qayıdıb. Məhz Vətən müharibəsinin nəticəsi kimi Azərbaycanın Ermənistanla sərhəd xəttinin bərpasına başlanılıb və Zəngəzur dəhlizi yaxın müddətdə tarixi reallığa çevriləcək.

2021-ci il iyunun 15-də Şuşada imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində də Zəngəzur dəhlizinin açılmasının bölgənin həyatında yeni mərhələ olacağı öz əksini tapıb.

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol

Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini Prezident İlham Əliyev dəqiq ifadə edib: "Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". XX əsrin sonlarında Heydər Əliyev demişdir: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk. Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir".

2021-ci il iyulun 7-də imzalanmış daha bir tarixi sənəd - "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı"Vətən müharibəsinin əsas nəticələrindən birinə çevrildi. Bu Fərmanla Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmuş və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara malik Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayonda – Şərqi Zəngəzur iqtisadi rayonunda birləşdirildi. Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsi Qarabağ iqtisadi rayonuna çevrildi. Beləliklə, SSRİ dövründə Azərbaycan xalqının üzləşdiyi daha bir tarixi ədalətsizliyi Prezident İlham Əliyev aradan qaldırdı: "…1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi… Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də mənim tərəfimdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı, tarixi ədalət bərpa edildi".

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol

Tezlikdə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək. Hazırda işğaldan azad edilmiş bütün ərazilər böyük quruculuq və bərpa dövrünü yaşayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az