logo
logo logo
logo

"Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir" - İlham Əliyev

09:40 - 26 Sentyabr 2026

\"Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir\" - İlham Əliyev

Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir.


Manset.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ərazisinin 100 %-i isə elektrik enerjisi ilə təchiz olunub: "Üstəlik, elektrik enerjisini ixrac edirik".

İlham Əliyev qeyd edib ki, ölkədə dəmir yolu xətləri çəkilir, Bakı Beynəlxalq Dəniz Limanı genişləndirilir: "Yəni Azərbaycanda daxili infrastrukturla vəziyyət yaxşıdır. İnvestorlara transmilli maraqlara xidmət edən infrastruktur layihələri maraqlı ola bilər. İlk növbədə söhbət nəqliyyat, logistika, fiziki infrastruktur, proqram təminatı ilə bağlı infrastrukturlardan gedir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az