logo
logo logo
logo

Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər 

16:17 - 08 Oktyabr 2026

Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər 

Oktyabrın 8-də Ermənistanın Gorus şəhərində Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib.


Azərbaycan Nazirlər Kabinetindən Manset.az-a verilən məlumata görə, görüş zamanı tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə edib, habelə bu istiqamətin müvafiq aspektləri üzrə fikir mübadiləsi aparıblar.

Müvafiq qurumlar arasında əlaqələndirmə məsələlərinə və işlərin irəli aparılması üçün tələb olunan növbəti addımlara xüsusi diqqət ayrılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az