logo
logo logo
logo

Prezident Hindistanın yeni səfirini qəbul etdi - FOTOLAR

12:47 - 16 Oktyabr 2026

Prezident Hindistanın yeni səfirini qəbul etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hindistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.


Manset.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlət başçısı ilə Hindistanın Baş naziri Narendra Modinin təmasları xatırlanıb.

Görüşdə Azərbaycan və hind xalqları arasında minilliklər boyu tarixi-mədəni əlaqələrin olduğu qeyd edilib, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az