logo
logo logo
logo

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM 

17:09 - 16 Oktyabr 2026

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM 

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə, eləcə də onların reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təmin edilməsi 2022-2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçiriləcək.


Manset.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, daha öncə bu təminat 2022-2026-cı illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az