logo
logo logo
logo

Hikmət Hacıyev həmin tarixdən yazdı

22:58 - 17 Oktyabr 2026

Hikmət Hacıyev həmin tarixdən yazdı

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev almanlar və azərbaycanlıların ikiəsrlik birgəyaşayış tarixinə həsr olunan “Counterpoint” sənədli filmi ilə bağlı paylaşım edib.


Manset.az xəbər verir ki, o, filmin görüntülərini X sosial şəbəkəsindəki hesabında izləyiciləri ilə bölüşüb.

Paylaşımda qeyd olunur ki, bu tarix müasir Almaniyanın Baden-Vürtemberq federal torpağından olan şvab ailələrinin Azərbaycana köçürülməsi ilə başlayır:

“Sənədli film alman köçkünlərin və yerli azərbaycanlıların öz dinlərini, dillərini və adət-ənənələrini qoruyub saxlayaraq necə çiçəklənən icmalar yaratdıqlarından bəhs edir. Lakin sovet repressiyaları, deportasiyalar və müharibə hər iki xalqın formalaşmış birgəyaşayışını pozub.

Köçkünlərin nəsillərinin, tarixçilərin və diplomatların xatirələri əsasında filmin müəllifləri bu günümüzə qədər qorunub saxlanılan mədəni irsi və tarixi yaddaşın keçmişin sınaqlarından necə çıxdığını araşdırırlar”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az