“Can Azərbaycanın Müstəqillik Gününü ən səmimi diləklərimlə təbrik edirəm”.
Manset.az xəbər verir ki, Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycanın 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.
O, bu barədə "Facebook" sosial media hesabında yazıb.
“Bir millət, iki dövlət” şüarına diqqət çəkən Binəli Yıldırım Azərbaycanın 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyini elan etdiyini xatırladıb.
O, ortaq tarix və mədəniyyət işığında Azərbaycanın Türk dünyasının parlaq gələcəyinə töhfə verməyə davam etdiyini vurğulayıb.
https://www.facebook.com/share/1F5Hfnd2qq/
