logo
logo logo
logo

Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi

20:14 - 21 Oktyabr 2026

Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevə zəng edib.


Manset.az xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.

Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşünə dəvət edib.

Qeyd edək ki, TDT-nin 13-cü Zirvə Görüşü 29-30 oktyabr tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az