Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Manset.az xəbər verir ki, Məhkəmənin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan edilib.
Daha sonra prokuror ittiham aktını elan edib.
İttihama əsasən, təqsirləndirilən R.Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilən zaman mayın 31-i gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları - Elçin Əliyevi qətlə yetirib, Məzahir Şıxaliyevi isə yumruqla vurub.
İttihama münasibət bildirən R.Əkbərov özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, qətl hadisəsinin ona heç bir adiyyəti yoxdur: "Bir nəfər deyə bilməz ki, mən bu hadisəni törətmişəm. Hadisədən 20 il keçib və bu illər ərzində ortada bir dənə də olsun sübut yoxdur. İttihamda yazılanlar sanki bir filmdir".
Məhkəmə təqsirləndirilən şəxsə ifadə vermək təkilfi etsə də, o, hazırkı mərhələdə ifadə verməkdən imtina edib.
Prosesdə qətlə yetirilən E.Əliyevin hüquqi varisi, atası Fədai Əliyev dindirilib. O deyib ki, oğlunun ölüm xəbərini hadisə günü gecə saat 5 radələrində alıb: "Elçinin cənazəsini dostları - Nazim İbrahimovla Səməd Novruzov gətirdi. Səməd qardaşı Mədətə zəng edib dedi ki, Elçini general öldürüb. Oğlumun 7 mərasimindən sonra Ukraynaya getdim. Orada 3 il cinayət işini şəxsən özüm araşdırmışam. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm".
F.Əliyev qeyd edib ki, Kiyevdə bu işlə bağlı 50 nəfərlə danışıb: "Mənə mərhum Məzahir Şıxəliyevin dediklərinə görə, orada səfirliyin binasında oturub çay içiblər. Daha sonra səfirliyin yaxınında olan kafedə oğlumla Məzahir oturublar, pivə içiblər. Həmin vaxt Rövşən də ora gəlib. Elçinlə Rövşənin arasında mübahisə düşüb. Çölə çıxanda Rövşən oğlumu qətlə yetirib, Məzahiri isə yumruqla vurub. Elçin ölümündən əvvəl Məzahirə bildirib ki, onu Rövşən bıçaqla vurub, bir neçə dəqiqə sonra orada ölüb. Məzahir hadisədən sonra hazırda fövqəladə hallar nazirinin müavini olan Orucəli Hacıyevə zəng edərək Rövşənin Elçini öldürdüyünü söyləyib".
Prokurorun suallarını cavablandıran F.Əliyev bildirib ki, hadisə ilə bağlı ilkin olaraq mərhum Qüdrət Əhmədov saxlanılıb: "Qüdrət oğlumun tanışı olub. Onu hadisədən sonra tanımışam. Bu iş üzrə 1 aydan artıq saxlanılıb. Qüdrət mənə şəxsən dedi ki, Rövşən ona qətli üstünə götürmək üçün 40 min dollar və 3 otaqlı mənzil təklif edib. O da Rövşənin təklifini rədd edib".
Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.///report
"Hadisədən 20 il keçib, ortada bir dənə də olsun sübut yoxdur" - Rövşən Əkbərov
14:23 - 30 İyul 2021
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
03 Noyabr 2025 - 19:22
İnkişafın mərkəzində elm, texnologiya və milli kimlik! - Azərbaycanın yeni strateji hədəfi
03 Noyabr 2025 - 18:38
Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək
03 Noyabr 2025 - 18:04
Əli Əsədovdan yeni QƏRAR
03 Noyabr 2025 - 16:24
Hakan Fidan Azərbaycana səfər edəcək
03 Noyabr 2025 - 15:07
Ramiz Mehdiyevin Rusiyaya məktubunu da Eldar Əmirov yazıb – YENİ DETALLAR
03 Noyabr 2025 - 14:45
Serbiyanın Baş Qərargah rəisi Bakıya gələcək
03 Noyabr 2025 - 14:33
"Yaxın bir neçə ayda çox yaxşı xəbərlər gələcək" - Prezident
03 Noyabr 2025 - 14:13
"O xəritələrdə Sevan gölü adlı göl yoxdur, Göyçə gölüdür" – İlham Əliyev
03 Noyabr 2025 - 14:01
Prezident AMEA-nın yığıncağında ÇIXIŞ ETDİ - TAM MƏTN
03 Noyabr 2025 - 13:05
Milli Məclisdə YENİ TƏYİNATLAR
03 Noyabr 2025 - 12:11
Ərdoğan Azərbaycana gəlir
03 Noyabr 2025 - 11:25
Prezident AMEA-da - Fotolar
Xəbər xətti
- 03 Noyabr 2025
- 20:31 Həbs edilən icra başçısı apelyasiya şikayəti verməkdən İMTİNA ETDİ
- 20:16 Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR
- 19:57 "Neftçi"də növbəti kadr dəyişikliyi oldu
- 19:42 Azərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib - FOTOLAR
- 19:22 İnkişafın mərkəzində elm, texnologiya və milli kimlik! - Azərbaycanın yeni strateji hədəfi
- 18:54 Bakıda mənzildən meyit tapıldı
- 18:42 Elçin Ağamalı qalmaqallı qurultayla bağlı nazirliyə müraciət etdi — Özündən AÇIQLAMA
- 18:38 Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək
- 18:29 Meyitdən ürək köçürülən gənc evə buraxıldı
- 18:12 Hazırda 20 yolda tıxac var - SİYAHI
- 18:04 Əli Əsədovdan yeni QƏRAR
- 17:55 Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirildi - Fotolar
- 17:41 İsa Həbibbəyli Akif Əlizadəni təltif etdi
- 17:39 DƏHŞƏT! Dava etdilər - Gənc qız iş yoldaşını öldürdü
- 17:26 Bu avtomobillər üçün aksiz dərəcəsi artırılır
- 16:57 11 yaşlı oğlu öldü - Qonşusuna pusqu qurdu
- 16:45 Reanimasiyada olan məşhur türk müğənnisindən xəbər var
- 16:40 Bulvar İdarəsində 12 milyonluq MƏHKƏMƏ İŞİ
- 16:24 Hakan Fidan Azərbaycana səfər edəcək
- 16:10 Kənd təsərrüfatı işçilərinin "sönük" bayramı - Xəstəliklər, narazılıqlar
- 16:07 "Fənərbaxça" və "Beşiktaş"ın köhnə oyunçusu SAXLANILDI
- 16:00 Valideyn olmaq istəyənlərin NƏZƏRİNƏ - Övladınızın göz rəngini seçmək "təklif olunur"
- 15:42 "Bavariya" tarixinin rekord gəlirini əldə etdi
- 15:24 Kamal Abdullanın 75 illik yubileyi münasibətilə elmi simpozium keçirildi - Fotolar
- 15:07 Ramiz Mehdiyevin Rusiyaya məktubunu da Eldar Əmirov yazıb – YENİ DETALLAR
- 14:45 Serbiyanın Baş Qərargah rəisi Bakıya gələcək
- 14:33 "Yaxın bir neçə ayda çox yaxşı xəbərlər gələcək" - Prezident
- 14:28 "Qarabağ"-"Çelsi" oyununun hakimləri AÇIQLANDI
- 14:23 Sürətli virus yayılır - Bu qədər insan öldü
- 14:13 "O xəritələrdə Sevan gölü adlı göl yoxdur, Göyçə gölüdür" – İlham Əliyev
- 14:05 Sabahın havası necə olacaq?
- 14:01 Prezident AMEA-nın yığıncağında ÇIXIŞ ETDİ - TAM MƏTN
- 13:59 Məmmədbağır Bağırzadə yad edildi - Fotolar
- 13:44 “Neftçi”dən yeni REKORD
- 13:35 Əsgər maaşı da bank kartı ilə veriləcək
- 13:25 SON DƏQİQƏ! Bakıda bu məktəbdə görülməmiş OLAY - Direktor dəyişdi...
- 13:13 Parkda oturarkən dəhşət yaşadı
- 13:05 Milli Məclisdə YENİ TƏYİNATLAR
- 12:54 ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir - FOTOLAR
- 12:45 Bu ərazilərdə işıq olmayacaq
- 12:26 Sabah leysan olacaq - XƏBƏRDARLIQ
- 12:11 Ərdoğan Azərbaycana gəlir
- 12:05 Anasının həbsindən sonra Aysun ilk dəfə efirdə - "Dostumu, düşmənimi tanıdım" (VİDEO)
- 11:37 SON DƏQİQƏ! Ramiz Mehdiyevin işi üzrə Eldar Əmirov da həbs edildi
- 11:34 Yılmaz Morgül xəstəxanaya yerləşdirildi - FOTO
- 11:26 Hərəkətdə olan yük maşınından oğurluq etdilər - Film kimi olay
- 11:25 Prezident AMEA-da - Fotolar
- 11:21 Ani diqqətsizliyin səbəb olduğu qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- 11:20 Ulduz futbolçu bu oyunda olmayacaq - "Qalatasaray"dan PİS XƏBƏR
- 11:05 Tramp bu ölkə liderini TƏHDİD ETDİ - "Az vaxtın qalıb!"
- 11:00 Günəş işığı da pulla satılacaq? - Ürküdücü yenilik