Azərbaycanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə kartof istehsalının artırılması ilə bağlı layihə reallaşdırılır.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Aqrar Kredit və İnkişaf Agentliyinnin sədr müavini Leyla Məmmədova deyib.
O bildirib ki, koronavirus pandemiyası kənd təsərrüfatı məhsulları istehsalının azalmasına və keyfiyyətin pisləşməsinə gətirib çıxarıb:
"FAO və bizim agentlik Azərbaycanın kənd təsərrüfatına vurulan ziyanın minimallaşdırılması üçün zəruri tədbirlər görür".
Onun sözlərinə görə, bugünədək FAO ilə birgə Azərbaycanın kənd təsərrüfatı sahəsində reallaşdırılmış layihələr yaxşı nəticələr verib.