Ölkənin ilk rəqəmsal bankı Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib. 08 aprel - 08 may 2026-cı il tarixlərini əhatə edən kampaniya Birbanklılara yığım edərək dəyərli hədiyyələr qazanmaq imkanı yaradır.
Kampaniya
çərçivəsində Birbank tətbiqində “Səyahət” hədəfini seçərək ən yüksək məbləği
toplayan 1 nəfərə 5 000 AZN dəyərində, növbəti 6 iştirakçıya isə hər biri 500
AZN dəyərində olmaqla səyahət kuponu təqdim olunacaq.
“Səyahət
marafonu” kampaniyası həm mövcud, həm də yeni Birbank müştəriləri üçün
keçərlidir.
Ətraflı
məlumat üçün: www.b-b.az/syh
Daim ən son rəqəmsal yeniliklər və bank
məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan
çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank
2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə
xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə
institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün birbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.