Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 31 mart 2026-cı
il tarixinə 11,8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin
həcmi isə 5,5 milyard manatdır.
31 mart 2026-cı il tarixinə olan nəticələrə görə bankda müştəri
depozitlərinin həcmi 8,5 milyard manat təşkil edib.
Bankın 31 mart 2026-cı il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1,2 milyard manat,
adi
və imtiyazlı səhmlər isə 256 milyon manatdır.
Bankın xalis mənfəəti isə ötən ilin analoji
dövrü ilə müqayisədə 2 dəfədən çox, yəni 119% arataraq 120 milyon manata
çatıb.
Qeyd edək ki, Kapital Bank “Moody's” və “Standard &
Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu
reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az
saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
və Birbank kartı
sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.