Birbank vətəndaşı dələduzluqdan belə qoruyur

13:53 - 22 Aprel 2026

Birbank vətəndaşı dələduzluqdan belə qoruyur

"Bu yeniliklə 10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub".


Manset.az xəbər verir ki, bu haqda Kapital Bank-ın rəsmizi Ağarza Baxşiyev məlumat verib. O qeyd edib ki, ötən il Birbank mobil tətbiqinə gətirilən yenilik dələduzlarla mübarizədə effektiv nəticə verib:

“Ötən il kiberdələduzluqla mübarizədə atdığımız ən vacib addımlardan biri Birbank mobil tətbiqi ilə bağlı oldu. Biz müştərilərimizə zəng edən şəxsin bankımızın əməkdaşı olub olmadığını yoxlamaq imkanı verdik. Yəni, artıq müştərilərimiz zəng zamanı özünü Kapital Bank əməkdaşı kimi təqdim edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq etmələrini tələb edə bilirlər.

Əgər o həqiqən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş alır. Bank əməkdaşı olmayan şəxs isə bu bildirişi göndərə bilmir. Və artıq 10 000 nəfərə yaxın vətəndaşımız bu xidmətdən yararlanaraq dələduzları ifşa edib daha sonra isə məlumat üçün bankımıza zəng ediblər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az