İnnovasiya lideri Bakcell 23 aprel – Beynəlxalq İKT-də Qızlar Günü münasibətilə gənc qızların texnologiya sahəsinə marağını artırmağa yönəlmiş xüsusi tədbir təşkil edib. Tədbir Bakcell və Peerstack Academy-nin birgə layihəsi olan “Tech Builders” çərçivəsində baş tutub.
Tədbirdə
Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru
Aysel Süleymanova çıxış edərək şirkətin süni intellekt və innovasiya istiqamətində
həyata keçirdiyi təşəbbüslərdən, eləcə də gənclər üçün yaratdığı inkişaf
imkanlarından bəhs edib. O bildirib ki, texnologiya sahəsində gender balansının
gücləndirilməsi və qızların bu istiqamətdə aktiv iştirakının təşviqi Bakcell
üçün prioritetlər sırasındadır.
Proqram
çərçivəsində Azərbaycan Mərkəzi Bankının Maliyyə texnologiyaları və
innovasiyalar departamentinin direktoru Fidan Tofidi ilə interaktiv müzakirə
sessiyası keçirilib. Sessiyada texnologiyaların sürətlə dəyişən mühiti, müxtəlif
sahələrə təsiri və karyera inkişafı mövzuları ətrafında fikir mübadiləsi
aparılıb.
İştirakçılar
üçün süni intellekt, innovasiya və müasir texnologiyalar mövzusunda praktiki təlimlər
təşkil olunub. Sessiyada süni intellekt trendləri, effektiv “prompt”ların
hazırlanması prinsipləri və real tətbiq nümunələri izah edilərək iştirakçıların
həm nəzəri bilikləri, həm də praktiki bacarıqları inkişaf etdirilib.
Bakcell-in
tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində Peerstack Academy-də təhsil
alan tələbələrin sayı artmaqdadır. Hazırda akademiyada 100-dən çox aktiv tələbə
təhsil alır və ilk il üzrə 250 nəfərin təqaüd proqramına cəlb olunması
planlaşdırılır. Tədris müddətində iştirakçılar “Ruby”, “JavaScript”, “React”,
“PostgreSQL” və “REST API” kimi müasir texnologiyalar üzrə praktiki biliklər
qazanır, real layihələr üzərində işləyərək peşəkar portfoliolarını
formalaşdırırlar.
Bakcell
haqqında
Bakcell
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın
dayanıqlı inkişafına töhfə verir.
Bakcell
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.