Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi
olan Bir qadınların texnologiya sahəsindəki rolunu gücləndirir.
Bir ekosistemi texnologiya sahəsində qadınların
iştirakını genişləndirmək, onların potensialını üzə çıxarmaq və real inkişaf
imkanları yaratmaq məqsədilə “Ctrl is hers” proqramına start verir.
Proqramın məqsədi data analitikası,
kibertəhlükəsizlik, süni intellekt, proqramlaşdırma, bulud texnologiyaları və
digər rəqəmsal istiqamətlər üzrə karyera qurmaq istəyən qadınlara dəstək olmaqdır.
“Ctrl is hers” proqramı yalnız iştirakçılara bilik
və bacarıq verməklə kifayətlənmir – ölkənin rəqəmsal ekosistemində güclü qadın
istedadların formalaşmasına dəstək olmağı və daha inklüziv texnologiya mühitini
yaratmağı hədəfləyir.
Proqramda texnologiya ixtisasları üzrə təhsil alan
qadın tələbələr, yeni məzunlar, karyerasını texnologiya sahəsinə yönləndirmək
istəyən qadınlar, eləcə də texnoloji rollarda karyeraya sahib olan qadın
mütəxəssislər iştirak edə bilərlər.
İştirakçılar texniki və yumşaq bacarıqlar üzrə
təlimlər almaqla yanaşı, praktik layihələr üzərində çalışacaq və real iş
mühitində təcrübə qazanacaqlar.
Sonda yüksək nəticə əldə etmiş iştirakçılar Bir
daxilində təcrübə proqramları, mentor dəstəyi və karyera imkanlarından
faydalana biləcəklər.
Qeydiyyat üçün son tarix: 23 may 2026-cı il
Proqram haqqında ətraflı məlumat: www.b-b.az/hrcareer
Bir
Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə
davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal
ekosistemidir. Ölkənin aparıcı brendlərini – "Birbank" rəqəmsal mobil
bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "Milliön"
ödəniş terminalları və "m10" rəqəmsal pul kisəsini özündə birləşdirərək
2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə
xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də "Trendyol Azərbaycan"
və "BakıKart"la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın
ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı
məlumat üçün: https://bir.az/