Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək.
Manset.az xəbər verir ki, bu, Milli Məclisin mayın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq Gömrük Məcəlləsinə təklif edilən yeni – 220.3-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək.