“Kontakt” mağazalar şəbəkəsi yeni ünvanlarda
alıcılarına rahatlıq
və sərfəli alış-veriş imkanı yaratmağa davam edir. Şəbəkə bu dəfə Xırdalan
sakinlərini yeni mağazası ilə sevindirdi. Şəhərin mərkəzində yerləşən yeni mağazanın
açılışı musiqili proqram, sürpriz hədiyyələr ilə gələn hər kəs üçün yaddaqalan
olub.
Müasir konsepti ilə fəaliyyətə başlayan üçmərtəbəli
yeni “Kontakt” mağazasında artıq ev və gündəlik ehtiyaclar üçün hər şeyi bir
arada tapmaq mümkündür. Burada smartfon, notbuk və televizor kimi rəqəmsal məhsullardan
tutmuş, böyük və kiçik məişət texnikasına, qab-qacaq, ev tekstili və hər növ
mebellərə qədər minlərlə məhsul çeşidi təqdim olunur. Hətta, mağazada velosiped
və skuterlər, müxtəlif eynək modellərini də tapmaq mümkündür. Bundan əlavə,
mağazada Uşaq zonası da düşünülüb ki, ailəvi alış-verişlər daha rahat və
əyləncəli olsun.
Açılış günündə ziyarətçilərin üzünü güldürən
əsas məqamlardan biri də 60%-dək endirimlər olub. Üstəlik, burada endirimli
qiyməti elə yerindəcə 24 ayadək bölüb hissəli ödənmək imkanı da yaradılıb. Qeyd edək ki, açılışa özəl kampaniya şərtləri yalnız
mayın 6-dək qüvvədə olacaq.
Bu günlər ərzində
Xırdalandakı yeni “Kontakt” mağazasından:
·
256 GB yaddaşa malik Xiaomi Redmi Note
15 smartfonunu 660 yox, 520 manata;
·
144 saatadək işləyə bilən
Kieslect
Balancer smart saatını 200 yox, 90
manata;
·
466 lt tutuma malik Hisense
soyuducusunu 1700
yox, 900 manata;
·
Quru, nəm və
müxtəlif tip döşəmələri təmizləyən Xiaomi S40C robot tozsoranını 700
yox, sadəcə 290 manata;
·
11 parçadan
ibarət alüminium örtüklü Schafer New Range qazan dəstini isə
500 yox, 220 manata ala bilərsiniz.
Hətta, indi mağazada öz
seçdiyiniz qoşanı ataraq aldığınız məhsulun 100%-dək dəyərini geri ala, finalda
böyük mükafatı – 100 000 AZN-dək uduşu qazana bilərsiniz.
Odur ki, siz də həm sərfəli
alış-veriş etmək, həm də geniş məhsul seçimindən faydalanmaq üçün Xırdalanda
Misir parkının yanında yerləşən yeni “Kontakt” mağazasına baş çəkə bilərsiniz.