Korporativ sosial məsuliyyəti fəaliyyətinin əsas
strateji istiqamətlərindən biri hesab edən “Avrora Qrup”, cəmiyyətdə sosial
həmrəyliyi gücləndirmək məqsədilə növbəti xeyriyyə aksiyasını həyata keçirib.
Şirkət Qurban bayramı ərəfəsində ehtiyacı olan yüzlərlə ailəyə bayram sovqatı
çatdırıb.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə
əməkdaşlıq çərçivəsində baş tutan aksiya zamanı qeydiyyatda olan aztəminatlı
ailələrə ərzaq bağlamaları, gündəlik tələbat malları və qurban əti birbaşa
ünvanlarında təslim edilib.
“Avrora Qrup” olaraq hesab edirik ki, biznesin
uğuru yalnız iqtisadi göstəricilərlə deyil, həm də cəmiyyətə verilən real
dəyərlə ölçülür. Şirkətimiz gələcəkdə də KSM prinsiplərinə sadiq qalaraq bu cür
sistemli sosial layihələri və xeyriyyə aksiyalarını davam etdirəcək.
Məlumat üçün bildirək ki, “Avrora Qrup” ölkənin
qida istehsalı, pərakəndə, tibb, restoran və distributor sektorunun aparıcı
şirkətlərindən biridir. Fəaliyyəti boyunca korporativ sosial məsuliyyət
prinsiplərini əsas korporativ dəyərlərindən biri kimi qəbul edən şirkət,
mütəmadi olaraq cəmiyyətin rifahına yönəlmiş sosial dəstək layihələri və
xeyriyyə təşəbbüsləri həyata keçirir.