Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi artdı

19:00 - 06 İyun 2026

Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi artdı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 559 milyon 663 min ABŞ dolları təşkil edib.


Manset.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə çoxdur.

Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 25 dəfə artaraq 3 milyard 470 milyon 20 min dollar, bu ölkədən idxalının dəyəri isə 74 % azalaraq 89 milyon 642 min ABŞ dolları olub.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 20,4 %-i qədər olub. 4 ay ərzində Böyük Britaniyaya ixrac ümumi ixracın 29,2 %-ni, bu ölkədən idxal isə ümumi idxalın 1,6 %-ni təşkil edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az