Təqaüdünü Birbank-dan alanlara şad xəbər var. Ölkənin ilk
rəqəmsal bankı təqaüdçü müştəriləri üçün maliyyə xidmətlərinin əlçatanlığını
daha da genişləndirib. Yeniliyə əsasən, təqaüdçülərin kredit əldə etmək üçün
mümkün olan yaş həddi 70-dən 73-ə yüksəldilib.
Beləliklə, artıq 73 yaşadək təqaüdçülər bankın nağd pul
krediti məhsullarından yararlana biləcəklər. Müştərilərinin fərqli
ehtiyaclarını nəzərə alaraq məhsul və xidmətlərini davamlı şəkildə inkişaf
etdirən Birbank bu yeniliklə daha geniş yaş qrupundan olan şəxslərə çevik və
əlçatan maliyyə həlləri təqdim etməyi hədəfləyir.
Yeni şərtlərə əsasən, təqaüdçülər 50 000 manatadək nağd pul
krediti almaq üçün banka müraciət edə bilərlər. Kreditin rəsmiləşdirilməsi
Kapital Bank/Birbank filialları və rəqəmsal mərkəzlərində həyata keçirilir.
Nağd kredit məhsulu haqqında məlumat: www.b-b.az/8EkFLv
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim
edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 114 filial və 52 şöbədən ibarət Azərbaycanda
ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bankın məhsul və
xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə
Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət
edə bilərsiniz.