Son illərdə Bakıda mənzil bazarında
alıcıların seçim meyarları dəyişir. Əvvəllər əsas diqqət yalnız mənzilin qiymətinə
və yerləşməsinə yönəlirdisə, bu gün alıcılar yaşadıqları mühitə, yaşıllıq sahələrinə,
təhlükəsizliyə və kompleks daxilində təqdim olunan imkanlara daha çox önəm
verirlər.
Bu səbəbdən də paytaxtın ən böyük yaşayış komplekslərindən biri olan "Park Yasamal" diqqət mərkəzində qalmağa davam edir. Bir neçə mərhələdən ibarət olan layihədə artıq təhvil verilmiş və yaşayış davam edən binalarla yanaşı, tikintisi davam edən yeni binalarda da mənzillərin satışı həyata keçirilir.

Yasamal rayonunda, şəhərin əsas nəqliyyat
qovşaqlarına yaxın ərazidə yerləşən kompleks sakinlərə həm mərkəzə rahat çıxış,
həm də şəhər həyatının səs-küyündən uzaq daha komfortlu yaşayış mühiti təqdim
edir. Layihənin üstünlüklərindən biri də müxtəlif ehtiyac və zövqlərə uyğun mənzil
seçimlərinin mövcud olmasıdır.
Kompleksdə 2, 3 və 4 otaqlı, eləcə də studiya tipli mənzillər təqdim olunur. Sahələr 42 kvadratmetrdən başlayaraq 120 kvadratmetrdən artıq sahələrə qədər dəyişir. Bu isə həm ilk mənzilini almaq istəyən gənc ailələr, həm də daha geniş yaşayış sahəsinə ehtiyac duyan alıcılar üçün seçim imkanı yaradır.

"Park
Yasamal"ın fərqləndirici xüsusiyyətlərindən
biri də kompleks həyat konsepsiyasıdır. Layihə ərazisində geniş yaşıllıq sahələri,
park zonaları, istirahət məkanları, idman və uşaq oyun meydançaları yaradılıb.
Avtomobilsiz həyət konsepsiyası, 24/7 təhlükəsizlik sistemi və geniş daxili
infrastruktur sakinlərin gündəlik rahatlığını təmin edən əsas amillərdəndir.
Layihənin ərazisində və yaxınlığında məktəb, bağça, market, kafe-restoranlar, tibb müəssisələri və digər vacib xidmət obyektlərinin yerləşməsi də sakinlərə əlavə üstünlük qazandırır. Xüsusilə uşaqlı ailələr üçün təhlükəsiz və sosial aktiv yaşayış mühitinin formalaşdırılması layihəyə marağı artıran əsas səbəblərdən hesab olunur.

"Park
Yasamal" layihəsində mənzil
sahibi olmaq istəyənlər üçün müxtəlif maliyyələşdirmə imkanları təqdim olunur.
Alıcılar mənzilləri 20 ilədək ipoteka krediti vasitəsilə, 36 ayadək daxili
kredit şərtləri ilə və ya şirkətin təqdim etdiyi "Evini hissə-hissə
al" kampaniyasından
yararlanaraq əldə edə bilərlər.
Ətraflı məlumat üçün layihənin satış
ofisinə müraciət edə və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərsən.
Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi