Ölkənin birinci bankı Kapital Bank-ın brendi olan Birbank
Biznes-in rəsmi tərəfdaşlığı ilə keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım
Sərgisi yekunlaşıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və
“Marsol Group”un birgə təşkilatçılığı ilə baş tutan sərgidə inşaat, qida, İKT,
təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə
fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini təqdim
edib.
Bankın 7-ci dəfə dəstək olduğu sərgi yerli bizneslərin
tanıdılması, yeni əməkdaşlıqların qurulması və bazara çıxış imkanlarının
genişləndirilməsi baxımından ölkənin ən böyük biznes platformalarından biridir.
Tədbir çərçivəsində keçirilən şirkətlərarası işgüzar görüşlər və dövlət
qurumlarının nümayəndələri ilə təşkil olunan görüşlər iştirakçılara yeni
əməkdaşlıqlar qurmaq, biznes əlaqələrini genişləndirmək və mövcud imkanlarla
daha yaxından tanış olmaq imkanı yaradıb.
Sərginin yekunlarına münasibət bildirən Kapital Bank-ın
İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə qeyd edib ki, sahibkarların
inkişafı üçün maliyyə həlləri ilə yanaşı, onların yeni əlaqələr qurmasına,
təcrübə mübadiləsi aparmasına və məhsul-xidmətlərini daha geniş auditoriyaya
təqdim etməsinə imkan yaradan platformaların olması da vacibdir. O, Yerli
Şirkətlərin Tanıtım Sərgisini bizneslər arasında əməkdaşlığın inkişafına töhfə
verən uğurlu təşəbbüslərdən biri adlandırıb.
Qeyd edək ki, Birbank Biznes hazırda 200 mindən çox
sahibkara xidmət göstərilir. Platforma sahibkarların gündəlik fəaliyyətini
asanlaşdıran rəqəmsal həllərlə yanaşı, onların inkişafına, yeni əməkdaşlıqlar
qurmasına və biznes imkanlarını genişləndirməsinə töhfə verən təşəbbüsləri
dəstəkləməyə davam edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 52 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı
sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.