logo
logo logo
logo

Avropa fond bazarlarında eniş başladı

14:06 - 01 İyul 2026

Avropa fond bazarlarında eniş başladı

Avropa fond bazarlarında eniş müşahidə olunur.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ, İsrail və İran arasında gərginliyin azaldılması ilə bağlı aparılan danışıqlar, eləcə də Hörmüz boğazında dəniz nəqliyyatı ətrafındakı qeyri-müəyyənlik səbəbindən Almaniya istisna olmaqla, Avropanın əsas fond bazarlarında ticarət enişlə başlayıb.

ABŞ və İran arasında danışıqların yeni çətinliklərlə üzləşməsi investorların ehtiyatlı mövqe tutmasına səbəb olub. Tehran Hörmüz boğazının tam açılması ilə bağlı ciddi fikir ayrılıqlarını əsas gətirərək, bölgəyə səfər edən yüksək səviyyəli ABŞ nümayəndələri ilə görüşdən imtina edib.

Analitiklər bildirirlər ki, Yaxın Şərqdəki geosiyasi qeyri-müəyyənlik investorların risk iştahasına mənfi təsir göstərməkdə davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az