Ölkənin ilk rəqəmsal bankı eşitmə və nitq məhdudiyyətli
müştərilər üçün təqdim etdiyi inklüziv xidmət imkanlarını genişləndirir. Belə
ki, ötən il Birbank mobil tətbiqində “İşarət dili ilə videozəng xidməti”nin
yaradılmasının ardından artıq bankın seçilmiş filiallarında da İşarət dilində
xidmət almaq mümkündür.
Hazırda bu xidmət Birbank-ın Bakı şəhərində yerləşən
Abşeron, Qara Qarayev, Sahil, Binəqədi, Gənclik Mall və Gəncə şəhər
filiallarında əlçatandır. Ümumilikdə bankın 20-yə yaxın əməkdaşı İşarət dili
üzrə xüsusi təlimlər keçərək müştərilərlə birbaşa və rahat ünsiyyət qurmaq üçün
zəruri bilik və bacarıqlara yiyələnib.
Qeyd edək ki, Birbank ötən il “Əngəlsiz bankçılıq” layihəsi
çərçivəsində Azərbaycanın bank sektorunda ilk dəfə olaraq eşitmə və nitq
məhdudiyyətli şəxslər üçün Birbank mobil tətbiqində “İşarət dili ilə videozəng
xidməti”ni istifadəyə verib. Layihənin genişləndirilməsi ilə eşitmə və nitq məhdudiyyətli
müştərilər artıq həm rəqəmsal kanallar, həm də fiziki xidmət nöqtələri
vasitəsilə bank xidmətlərindən rahat şəkildə yararlana bilərlər. Hazırda bankın
3000-ə yaxın eşitmə və nitq məhdudiyyətli müştərisi mövcuddur. Birbank bu
təşəbbüslə maliyyə xidmətlərini hər kəs üçün daha əlçatan etməyə, bərabər
xidmət imkanları yaratmağa və inklüziv bankçılıq təcrübəsinin inkişafına töhfə
verməyə davam edir. Gələcəkdə işarət dili ilə xidmət göstərilən filialların
sayının daha da artırılması nəzərdə tutulur.
Daim ən son
rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı
olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial
və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün birbank.az saytına, 196 Əlaqə
Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət
edə bilərsiniz.