AccessBank ölkədə qadın sahibkarlığının inkişafına dəstək məqsədilə
həyata keçirdiyi regional Access2Success təşəbbüsünü davam etdirir. Layihə
çərçivəsində növbəti maarifləndirici görüş Xankəndidə fəaliyyət göstərən
sahibkar xanımlar üçün təşkil olunub.
Access2Success layihəsinin məqsədi Qarabağ bölgəsində fəaliyyət
göstərən qadın sahibkarların biznes bilik və bacarıqlarının inkişafına dəstək
olmaq, onların sahibkarlıq fəaliyyətini daha inamlı və dayanıqlı şəkildə
inkişaf etdirmələrinə töhfə verməkdir.
Qarabağ Təlim Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə
iştirakçılar üçün biznes fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən
təlim sessiyaları təşkil edilib. Sessiyalar interaktiv formatda keçirilib,
iştirakçılar praktiki nümunələri müzakirə edib, ekspertlərə suallar
ünvanlayaraq mövzular ətrafında fikir mübadiləsi aparıblar. AccessBank-ın
mütəxəssisləri biznesin hüquqi əsasları və yoxlamalar, marketinq
kommunikasiyaları, maliyyə savadlılığı, kredit məhsulları, eləcə də effektiv
şəxsi təqdimat mövzularında bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.
Tədbirdə spiker qismində Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Vergi
ödəyicilərinə xidmət şöbəsinin rəisi Orxan Ahənçi çıxış edib. O, sahibkarları
vergi öhdəlikləri, hesabatlılıq tələbləri və qüvvədə olan qanunvericiliyin əsas
məqamları barədə məlumatlandırıb, iştirakçıları maraqlandıran sualları
cavablandırıb.
AccessBank üçün Access2Success təşəbbüsünün Xankəndidə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Qarabağda fəaliyyət göstərən qadın sahibkarlarla bir araya gəlmək, onların peşəkar inkişafına dəstək olmaq və regionda sahibkarlığın güclənməsinə töhfə vermək qürurvericidir. AccessBank qadın sahibkarlığının inkişafına yönəlmiş maarifləndirici və dəstəkləyici təşəbbüslərini bundan sonra da ölkənin müxtəlif regionlarında davam etdirəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi
Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında
fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi
prospekti 3 ünvanında yerləşir.