Bölgələrə xüsusi diqqəti ilə seçilən sərfəli mobil operator “Nar” Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələr üçün marketinq və karyera mövzularında təlimlər təşkil edib.
“Nar”
tərəfindən ilk dəfə həyata keçirilən marketinq təlimində müasir marketinq və
kommunikasiya yanaşmaları, brend kimliyi, məzmun strategiyası, data əsaslı qərarvermə,
fərdiləşdirilmiş kommunikasiya, influenser marketinqi kimi mövzular əhatə
edilib. Karyera təlimi zamanı isə iştirakçılara uğurlu karyera başlanğıcı üçün
tələb olunan bacarıqlar, işgüzar müsahibələrə hazırlıq, korporativ mühitdə iş və
davamlı şəxsi inkişaf istiqamətində faydalı biliklər təqdim olunub.
“Nar”ın
insan resursları və marketinq departamentləri tərəfindən hazırlanan və keçirilən
bu təlimlər peşəkar təcrübədən irəli gələn təcrübəyə və real nümunələrə əsaslanır.
Təlimlərin məqsədi praktiki bilikləri tələbələrlə paylaşmaqla yanaşı, yerli
bizneslərin peşəkar tələbləri və iş mühiti barəsində məlumatlandırmaqdır.
Gənclərin
bilik və bacarıqlarının artırılması və bölgələrdə kadr potensialının inkişafına
töhfə vermək məqsədilə “Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığını
davam etdirir. Peşəkar kadr hazırlığına dəstək “Nar”ın korporativ sosial məsuliyyət
strategiyası çərçivəsində həyata keçirilir. Mobil operatorun həyata keçirdiyi
layihələr barəsində daha ətraflı nar.az saytından məlumat əldə edə bilərsiniz.
“Nar” hazırda 2,2 milyon
abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 7 ildə
Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında
üstün xidmət təqdim edir.