Ölkənin birinci bankı Kapital Bank müştərilərinə
daha rahat və əlçatan xidmət göstərmək məqsədilə xidmət şəbəkəsini
genişləndirməyə davam edir. Bank bu istiqamətdə yeni konsept əsasında inşa
olunan İçərişəhər və Masazır filiallarını müştərilərinin istifadəsinə verib.
Bununla da Kapital Bank hazırda 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən
böyük xidmət şəbəkəsinə malik bankdır.
Kapital Bank gündəlik bank əməliyyatlarının böyük
hissəsini Birbank mobil tətbiqi vasitəsilə müştərilərinə tam rəqəmsal şəkildə
təqdim edir. Bankın yanaşması müştərinin harada yaşamasından və ya işləməsindən
asılı olmayaraq ona həm rəqəmsal, həm də fiziki xidmət kanallarında eyni rahat
və keyfiyyətli bankçılıq təcrübəsini təqdim etməkdir.
Yeni filiallar tamamilə yeni konsept əsasında inşa
olunub. Daha müasir interyer, funksional xidmət zonaları və rahat gözləmə
məkanları ilə fərqlənən bu konsept müştəri təcrübəsini daha da yaxşılaşdırmağı
hədəfləyir. Eyni zamanda 2026-cı il ərzində İnşaatçılar, Xəzər və Binəqədi
filialları da yeni konseptə uyğunlaşdırılaraq müştərilərin istifadəsinə
verilib. Bankın bundan sonra istifadəyə veriləcək bütün yeni filialları da məhz
bu konsept əsasında fəaliyyət göstərəcək.
Yeni filiallarda müştərilərə əmanətlər, debet və
kredit kartları, müxtəlif növ kredit məhsulları, hesablaşma-kassa
əməliyyatları, valyuta mübadiləsi və digər bank xidmətləri daxil olmaqla bütün
növ bank məhsul və xidmətləri təqdim olunur.
Qeyd edək ki, Kapital Bank xidmət şəbəkəsini
ölkənin bütün regionlarında, həmçinin Qarabağda ardıcıl şəkildə genişləndirir.
Bank hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Zəngilan, Laçın,
Xankəndi, Cəbrayıl və Şuşa şəhərlərində də fəaliyyət göstərir. Beləliklə,
müştərilər yaşadıqları və ya çalışdıqları bölgədən asılı olmayaraq, onlara ən
yaxın Kapital Bank filialında bank xidmətlərindən rahat şəkildə yararlana
bilirlər.
Beləliklə, Kapital Bank həm rəqəmsal bankçılıq
həllərini inkişaf etdirməyə, həm də ölkənin ən böyük xidmət şəbəkəsini
genişləndirməyə davam edərək müştərilərinə ehtiyac duyduqları hər yerdə bank
xidmətlərini əlçatan edir.
Ölkənin
birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük
filial şəbəkəsi, 116 filialı və 51 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.