“Kristal” İtaliyanın aparıcı premium keramika
və keramoqranit istehsalçısı “Florim” ilə əməkdaşlıq memorandumu
imzaladı. Memorandum “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev
və “Florim” şirkətinin İcraçı direktoru Beatrice Lucchese tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində tərəflər
arasında “Kristal”ın layihələrində istifadə olunacaq premium keramika və
keramoqranit məhsullarının tədarükünü əhatə edən razılaşma əldə edilib.
“Florim” məhsulları mənzillərin döşəmə və divar üzlüklərində tətbiq olunacaq,
bu isə layihələrdə keyfiyyət, estetik görünüş və davamlılıq standartlarının
daha da yüksəldilməsinə töhfə verəcək.

Sözügedən əməkdaşlıq tikinti
materiallarının təchizatında uzunmüddətli və sistemli yanaşmanın
formalaşdırılmasına, eyni zamanda beynəlxalq keyfiyyət standartlarına cavab verən
məhsulların yerli layihələrdə daha geniş tətbiqinə imkan yaradacaq.
1962-ci ildə İtaliyada təsis olunan “Florim” premium keramika və keramoqranit məhsullarının istehsalı üzrə ixtisaslaşmış, dünya miqyasında tanınan istehsalçılardan biridir. Şirkət innovativ texnologiyaları, yüksək keyfiyyət standartları, davamlı istehsal prinsipləri və müasir dizayn həlləri ilə seçilir. “Florim” məhsulları dünyanın müxtəlif ölkələrində yaşayış, kommersiya və ictimai məkan layihələrində geniş istifadə olunur.

İmzalanmış memorandum “Kristal” və
“Florim” arasında uzunmüddətli tərəfdaşlığın əsasını qoyur və “Kristal”ın həyata
keçirdiyi layihələrdə beynəlxalq səviyyədə tanınan istehsalçının məhsullarının
tətbiqini nəzərdə tutur.